Azərbaycan millisinin müdafiəçisi: "Bu kluba transferim karyeram üçün xeyirlidir"

19 İyul 2024 01:50 Bizimkilər 1 148
Azərbaycan millisinin müdafiəçisi: "Bu kluba transferim karyeram üçün xeyirlidir"

"Radomyak"a transferimi karyeram üçün xeyirli hesab edirəm".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Polşanın "Radomyak" komandasına transfer olunan Rahil Məmmədov deyib.

Yeni klubuna keçidi barədə danışan Azərbaycan millisinin müdafiəçisi seçiminin doğru olduğunu söyləyib:

"Radomyak" daha yaxşı seçim oldu. Düşünürəm ki, həm şərait, həm də peşəkarlıq baxımından başqa seçimlərdən daha üstündür.

Eyni zamanda, komandanın Polşa Ekstraklasası təcrübəsi də böyükdür. Bu transferi karyeram üçün xeyirli hesab edirəm.

İnşallah, qarşıdakı 2 il mənim üçün uğurlu olar".

Peşəkar karyerasına "Neftçi" klubunda başlayan 28 yaşlı futbolçu Azərbaycanda "Səbail", "Qarabağ" və "Zirə" klublarının şərəfini qoruyub. O, son olaraq Polşanın LKS klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi