“Yurqorden” Musanı U-21 komandasına göndərdi, o da qol vurdu

27 Fevral 14:20 Bizimkilər 805
“Yurqorden” Musanı U-21 komandasına göndərdi, o da qol vurdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib.

Sportinfo.az xəbər verir ki, o, Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb.

Matç "Yurqorden" U-21-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. M.Qurbanlı start heyətdə meydana çıxıb və penaltidən komandasının ilk qolunun müəllifi olub.

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb.

İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti