"Fənərbağça" azərbaycanlı forvardın gözündə: "Güclüdür, qazana bilmədik"

23 Oktyabr 2023 13:20 Bizimkilər 764
"Fənərbağça" azərbaycanlı forvardın gözündə: "Güclüdür, qazana bilmədik"

"Hatayspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Superliqanın IX turunda "Fənərbağça"ya 2:4 hesabı ilə uduzduqları səfər oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

"Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü reallaşacaq növbəti matça köklənəcəyik", - deyə Dadaşov vurğulayıb.

Sözügedən oyuna start heyətində başlayan Renat Dadaşov sonadək meydanda olub. "Hatayspor" oktyabrın 27-də "Kayserispor"u qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti