Mahir Emrelinin xoşuna gəlməyən bir axşam - VİDEO

22 Oktyabr 2023 11:30 Bizimkilər 1 081
Mahir Emrelinin xoşuna gəlməyən bir axşam - VİDEO

Xorvatiya çempionatında 11-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Qoritsa"nın qonağı olub.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 63-cü dəqiqədə meydana daxil olub. O, 64-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

10 oyun keçirən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti