UEFA-dan növbəti təyinat

22 Oktyabr 2023 09:25 Bizimkilər 617
UEFA-dan növbəti təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Z.Ağayeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin B qrupunun 2-ci qrupunda keçiriləcək oyunlarında iştirak edəcək.

Bu qrupda Bosniya və Herseqovina, Lixtenşteyn, Estoniya və Cəbəllütariq milli komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 24-dən 30-dək Bosniya və Herseqovinada təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?