"Musa yaxşı oyunçudur, son dərəcədə qətiyyətlidir" - "Yurqorden"in baş məşqçisi

21 Oktyabr 2023 13:20 Bizimkilər 767
"Musa yaxşı oyunçudur, son dərəcədə qətiyyətlidir" - "Yurqorden"in baş məşqçisi

"Yurqorden"in baş məşqçisi Tomas Laqerlöf futbolçusu Musa Qurbanlının çıxışı ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki o, bu haqda jurnalistlərə açıqlamasında danışıb.

"Yurqorden" İsveç çempionatının 27-ci turunda öz meydanında "Hammarbü"nü qəbul edəcək.

Oyun oktyabrın 22-də keçiriləcək. İsveçli jurnalistlər məşqçidən Musanın çempionatın 10 turunda cəmi 2 qol vurmasının səbəbləri barədə soruşub.

T.Laqerlöf 21 yaşlı azərbaycanlı futbolçunu müdafiə edib. O bildirib ki, M.Qurbanlı yaxşı oyunçudur və son dərəcədə qətiyyətlidir.

"Bir çox yeniyetmə oyunçu ondan öyrənə bilər".

T.Laqerlöf M.Qurbanlının bir neçə qol imkanından faydala bilmədiyini də deyib. Mütəxəssis deyib ki, M.Qurbanlıya vaxt lazımdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?