Zəngilanda hərbçilərin yürüşü keçirildi - VİDEO

21 Oktyabr 2023 08:10 Bizimkilər 589
Zəngilanda hərbçilərin yürüşü keçirildi - VİDEO

Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.

Zəngilan Konqres Mərkəzinin qarşısında keçirilən yürüşdə Daxili işlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.

3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti