“Prezidentin halımı bir çox insandan yaxşı başa düşməsi məni sakitləşdirdi” - VİDEO

21 Oktyabr 2023 03:20 Bizimkilər 502
“Prezidentin halımı bir çox insandan yaxşı başa düşməsi məni sakitləşdirdi” - VİDEO

“Artıq bir neçə gündür, ailə üzvlərimlə birgə Füzuli şəhərində yeni salınmış yaşayış kompleksində yaşayıram.

Mənim oğlum Ülvi antiterror tədbirlərində iştirak edərkən şəhid olub. Mən nə qədər kədərlənsəm də, Füzulimin azad olunmasına görə bir o qədər də qürurluyam”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə Prezident İlham Əliyevin Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak etmiş, şəhid Ülvi Mikayılovun anası Günel Abbasova deyib.

Prezident İlham Əliyev ilə görüşünün ona əvəzolunmaz hiss bəxş etdiyini vurğulayan G.Abbasova bildirib ki, Ali Baş Komandanı yaxından görmək qürurverici idi:

“Bu görüşün təsirindən həm də kövrəldim. Prezidentimiz bizimlə görüşdə bildirdi ki, qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Prezident İlham Əliyev bu sözləri deyərkən oğlumun timsalında bütün şəhidlərimiz gözümün önündə canlandı. Dövlət başçısının nitqində kövrəlməsi mənə çox təsir etdi. Azərbaycan Prezidentinin halımı bir çox insandan yaxşı başa düşməsi məni sakitləşdirdi. Mən canlı şahidi oldum ki, o, şəhid analarına necə diqqət və qayğı ilə yanaşır. Dövlətin qayğısını daim hiss edirik. Mən şəhid anası kimi övladımla fəxr edirəm. Arzum budur ki, uca yaradan Prezident İlham Əliyevi daim var etsin. Mən Prezidentimizlə qürur duyuram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?