Molla rejimi tanınmış azərbaycanlı idmançını yenə həbs etdi

18 Oktyabr 2023 01:50 Bizimkilər 835
Molla rejimi tanınmış azərbaycanlı idmançını yenə həbs etdi

Güney Azərbaycandan olan bokusçu və vətəndaş cəmiyyəti fəalı Kərim İsmayılzadə yenidən həbs edilib.

Sportinfo.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları onun şəxsi evinə basqın edərək axtarış aparıb.

Onu həbs edərək Təbrizin Təhlükəsizlik İdarəsinə təhvil veriblər.

"Vətən yolunda zindan bizə nuşdur" deyən İsmayılzadənin həbsinin səbəbləri barədə dəqiq məlumat yoxdur.

Milli fəal bir müddət əvvl Təbrizin “Traxtor” komandasının oyunundan öncə saxlanılmış və daha sonra girov müqabilində azadlığa buraxılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti