“Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq” - Prezident

17 Oktyabr 2023 18:30 Bizimkilər 480
“Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq” - Prezident

Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, ən minimal göstəricidir.

“Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var,

Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”, - deyə Azərbaycan Prezidenti bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?