“Azərbaycan Ermənistanla danışıqlara hazır olduğunu bir daha təsdiqləyir”

17 Oktyabr 2023 12:10 Bizimkilər 446
“Azərbaycan Ermənistanla danışıqlara hazır olduğunu bir daha təsdiqləyir”

“Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, Azərbaycan, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir:

"Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatları əməli addımlara çevrilməlidir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?