Azərbaycanlı Çempionlar Liqasının oyunlarına təyinat aldı

17 Oktyabr 2023 08:50 Bizimkilər 786
Azərbaycanlı Çempionlar Liqasının oyunlarına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Səmədli futzal üzrə Çempionlar Liqasının 6-cı qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaq.

Oyunlar oktyabrın 25-dən 28-dək Çexiyada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti