Sportinfo.az xəbər verir ki, FİFA dərəcəli hakimlərimizə beynəlxalq təyinat verilib.
FIFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.

