Tanınmış azərbaycanlı blogger "Napoli"nin ulduzunun qonağı oldu - FOTOLAR

14 Oktyabr 2023 16:40 Bizimkilər 2 025
Tanınmış azərbaycanlı blogger "Napoli"nin ulduzunun qonağı oldu - FOTOLAR

Azərbaycanlı blogger Fərid Qarazadə Gürcüstana səfər edib.

Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan, “instagram”da “Futboldan maraqlı anlar” səhifəsinin admini olan futbol azarkeşinin məqsədi Gürcüstan millisinin düşərgəsini ziyarət etmək olub.

Qonşu ölkəyə gediş-dönüş biletini alan Fəridə yığmanın düşərgəsinə baş çəkməkdə sabiq “Neftçi”li yardım edib.

Ötən mövsüm “ağ-qaralar”ın uğurları üçün tər tökən Solomon Kvirkveliya həmyerlimizə komanda üzvləri ilə görüşmək, söhbətləşmək və şəkil çəkdirmək imkanı yaradıb.

Qarazadə Tiflisdə olduğu müddətdə hazırda ölkəmizdə legioner həyatı yaşayan Luka Quqeşaşvili və Davit Volkovla da eyni masa arxasında əyləşib.

Həmyerlimizin ən böyük istəyi dünya futbolunun parlamaqda olan ulduzu Xviça Kvaratsxeliya ilə şəkil çəkdirmək və ondan imza almaq olub ki, “Napoli”nin futbolçusu Fəridin arzusunu artıqlaması ilə yerinə yetib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?