Araik Qarabağda necə ələ keçirilib? - Azərbaycan kəşfiyyatının film kimi əməliyyatı

13 Oktyabr 2023 12:50 Bizimkilər 3 163
Araik Qarabağda necə ələ keçirilib? - Azərbaycan kəşfiyyatının film kimi əməliyyatı

44 günlük müharibədə Gəncə və digər şəhərlərə raketlərin atılması və mülki insanların qətlə yetirilməsi əmrini verən separatçı Araik Arutyunyanın Qarabağada harada ələ keçirildiyinə dair yeni məlumatlar yayılıb.

Erməni jurnalist Tatul Akopyan Arutyunyanın Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən konyak zavodunda həbs edildiyini iddia edir.

“Mən Arkadi Qukasyan və Bako Saakyanın necə həbs edildiyi ilə bağlı məlumatlar yaymışdım. David İşxanyan da onların yanında olub.

Daha bir detalı qeyd etmək istəyirəm. Qukasyan, Saakyan və İxşanyan Rusiya sülhməramlılarının qərargahını tərk edərək, keçmiş (qondarma-red) “daxili işlər naziri” Karen Sarkisyanın Xankəndidəki evinə gediblər.

Azərbaycan DTX-si da onları məhz orada ələ keçirib. Araik Arutyunyan isə Xankəndidə səhmdarlarından biri olduğu konyak zavodunda həbs olunub.

Əldə etdiyimiz məlumata görə, Araik konyak zavodunda gizlənirmiş. Azərbaycan DTX-sinin xüsusi təyinatlı qrupu Tumanyan (ermənilərin Xankəndi küçələrindən birinə bu adı vermişdi) küçəsində yerləşən zavodda əməliyyat keçirərək, onu həbs ediblər, daha sonra Bakıya aparıblar”, - erməni jurnalist bildirir.

Asif

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?