Azərbaycanlını ən yaxşı 3 hücumçudan biri seçdilər

11 Oktyabr 2023 22:40 Bizimkilər 804
Azərbaycanlını ən yaxşı 3 hücumçudan biri seçdilər

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyədə azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən, Superliqada VIII turun rəmzi komandasına düşüb.

Sportinfo.az xəbər verir ki, turnirin rəsmi yayım hüququna malik “BeINSports”un apardığı sorğuda “Hatayspor”un üzvü ən yaxşı 3 hücumçudan biri olub.

“Konyaspor”la görüşdə "çərçivə"ni dəqiq nişan aldığı iki epizodda da qol sevinci yaşayan Dadaşov iki dəfə də təkbətək mübarizədən qalib ayrılıb. O, 40 faiz səs toplayaraq, rəmzi “11-liy”ə düşüb.

Millimizin üzvü ilə yanaşı, Aleksander Ciku, Rodriqo Bekao, Fərdi Kadıoğlu, İsmail Yüksək, Duşan Tadiç (hamısı “Fənərbağça”), Fernando Muslera, Davinson Sançes, Mauro İkardi (hamısı “Qalatasaray”), Berkay Özcan (“Başakşəhər”) və Vensan Abubakar (“Beşiktaş”) rəmzi komandada yer alıblar.

“Konyaspor”u 3:1 hesabı ilə məğlub edən “Hatayspor” hazırda 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?