“Məqsəd sonunda sülh müqaviləsinin imzalanmasına gəlib çıxmaqdır”

10 Oktyabr 2023 18:30 Bizimkilər 545
“Məqsəd sonunda sülh müqaviləsinin imzalanmasına gəlib çıxmaqdır”

“Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq”.

bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsi zamanı deyib.

“Hazırda qeyri qanuni separatçı qurum təslim olub. Onlar öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”.

Elçin Əmirbəyov qeyd edib ki, Ermənistanla danışıqlar iki ölkə arasında aparılan müzakirələrə aid edilir:

“Məqsəd sonunda sülh müqaviləsinin imzalanmasına gəlib çıxmaqdır.İlk növbədə sülh yaradılmasını istəyirik. Biz hesab edirik ki, Ermənistanın ərazimizdə qeyri-qanuni hərbi iştirakı artıq mövcud deyil.

İndi bizim bu məqsədə nail olmağımız üçün illərdən bəri ilk dəfə olaraq bütün şərtlərimiz mövcuddur ki, sülhə, sülh müqaviləsinə nail olaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?