Azərbaycanlı müdafiəçi Bolqarıstan klubundan, görün, nə qədər pul alacaq!

13 İyun 2023 16:00 Bizimkilər 2 815
Azərbaycanlı müdafiəçi Bolqarıstan klubundan, görün, nə qədər pul alacaq!

"Arda" Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun transferini açıqlayıb.

Bolqarıstan təmsilçisi 20 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb.

Hüseynov tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirib.

2020-ci ildən "Zirə"nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında "Şamaxı"nın formasını geyinib.

Qırcaəli şəhərinin klubunun həmyerlimizə nə qədər vəsait ödəyəcəyi də bəllidir.

Belə ki, yığmamızın üzvü Bolqarıstanda ilinə 200 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"