“Neftçi”yə məxsus olan futbolçunun son oyunu – Latviyadan VİDEO

13 İyun 2023 02:40 Bizimkilər 652
“Neftçi”yə məxsus olan futbolçunun son oyunu – Latviyadan VİDEO

Latviya çempionatında 18-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.

Ramin də bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.

Futbolçumzun komandası hazırda 14 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Ramin müqavilə ilə "Neftçi"yə məxsus olsa da, Latviya klubuna bir illik icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"