Azərbaycanda 3 klub maraqlanır, özü Hataydan zəng gözləyir

12 İyun 2023 20:00 Bizimkilər 2 168
Azərbaycanda 3 klub maraqlanır, özü Hataydan zəng gözləyir

“Səbail”dən ayrılan Turan Manafov təklifləri gözdən keçirir.

24 yaşlı müdafiəçinin xidmətində Premyer Liqa təmsilçiləri ilə yanaşı Türkiyə klubu da maraqlıdır.

Konkretləşdirsək, “Qəbələ”, “Kəpəz”, eləcə də, elitada iştirak edəcəyi ehtimal olunan “Araz Naxçıvan” Turanı heyətində görmək istəyir.

Manafovun qərar verməkdə tələsməmək istəməməsinin səbəbi “Hatayspor” variantının mövcud olmasıdır.

Türkiyə Super Liqasını tərk edən kluba hələ çempionatın gedişində həmyerlimiz haqda məlumat verilib. Sadəcə, “Hatayspor”un gələcəyi ilə bağlı bəzi sualların cavabsız qalması “Səbail”dən ayrılan futbolçunu gözləməyə vadar edir.

Növbəti həftənin sonuna qədər Hataydan konkret cavab gəlməsə, Turan ölkə daxilində seçimini edəcək.

Turan Manafov başa çatan mövsümdə “Səbail”in formasında meydana çıxdığı 18 oyunda 1 qol vurub, 1 assist edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti