Azərbaycan millisinin müdafiəçisi Bolqarıstan klubunda – 3 illik müqavilə

12 İyun 2023 14:20 Bizimkilər 1 581
Azərbaycan millisinin müdafiəçisi Bolqarıstan klubunda – 3 illik müqavilə

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanda - "Arda"da tibbi müayinədən keçib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

Hüseynovun Bolqarıstan təmsilçisi ilə üç illik müqavilə imzalayacağı gözlənilir.

2020-ci ildən "Zirə"nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında "Şamaxı"nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"