Millimizin müdafiəçisi Cənubi Koreyada növbəti dəfə...

12 İyun 2023 02:50 Bizimkilər 728
Millimizin müdafiəçisi Cənubi Koreyada növbəti dəfə...

Cənubi Koreya çempionatında 18-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qvanqju” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Daejeon” hazırda 26 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"