Mahir üçün 1 milyon avro ödəmək fikri yoxdu – Bu klubun

12 İyun 2023 00:40 Bizimkilər 1 933
Mahir üçün 1 milyon avro ödəmək fikri yoxdu – Bu klubun

Türkiyə mətbuatında Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı yeni məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, Konyada nəşr olunan “Anadoluda bugün” nəşri M.Emrelinin “Konyaspor”dan ayrılması ilə bağlı xəbər dərc edib.

Məlumatda xatırladılıb ki, M.Emreli bu ilin qışında “Dinamo” Zaqrebdən icarə qaydasında “Konyaspor”a keçib.

Onun müqaviləsində icarə müddəti başa çatdıqdan sonra futbolçunun birdəfəlik transfer edilə biləcəyinə dair bənd də olub.

Həmin bəndə əsasən, “Konyaspor” 1 milyon avro qarşılığında Emrelini ala bilər. Lakin qəzetin yazdığına görə, “Konyaspor” bu məbləği ödəmək fikrində deyil.

Daha öncə verdiyi müsahibədə futbolçu özü yeni mövsümdə də "Konyaspor"da oynamaq istəyini gizlətməyib.

Həmçinin oxuyun: "İnşallah, belə bir mövsüm mənim üçün sonuncu olar" - Mahir Emreli

O, bugünlərdə “Konyaspor”dan vidaşlaşıb. Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.

M.Emreli Türkiyə superliqasında 12 oyun keçirib, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"