Azərbaycanlı futbolçunun komandası “ölüm-qalım” oyununda

11 İyun 2023 14:00 Bizimkilər 1 168
Azərbaycanlı futbolçunun komandası “ölüm-qalım” oyununda

Ukraynada növbəti mövsüm Premyer Liqada oynamaq uğrunda ilk pley-off oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” doğma meydanda "Çerkassi" ilə ilk görüşünə çıxıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Nağıyev diskvalifikasiyaya görə oyunu buraxıb. Cavab görüşü iyunun 14-də baş tutacaq.

Məğlub olan komanda yeni mövsümü birinci divizionda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"