Millimizin müdafiəçisi bu ada namizəd göstərilən 3 oyunçudan biridir

8 İyun 2023 20:20 Bizimkilər 806
Millimizin müdafiəçisi bu ada namizəd göstərilən 3 oyunçudan biridir

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk hazırda çıxış etdiyi Cənubi Koreyanın "Tedjon Xana Sitizen" komandasında may ayının ən yaxşı futbolçusu seçilə bilər.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi bu ada namizəd göstərilən üç oyunçudan biridir.

Qalib azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Anton Krivotsyuk "Tedjon Xana Sitizen" komandasına bu ilin fevralında Polşanın "Visla" (Plotsk) klubundan keçib.

Digər Xəbərlər
Xəbər Lenti