“Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir” - VİDEO

8 İyun 2023 08:20 Bizimkilər 856
“Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir” - VİDEO

“Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir”.

Bu barədə aprel ayında dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçmiş və orada saxlanılmış əsgərlərimizin valideynlərinə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.

Əsirlikdə saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyir ki, Komitə onlara övladları ilə bağlı yeni bir məlumat vermir.

Əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini deyir.

Hərbçilərimiz barədə ətraflı məlumat almaq üçün BQXK-ya müraciət etdik. Komitədən sadəcə bildirildi ki, Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə mütəmadi olaraq əlaqə saxlanılır. Digər suallarımız isə cavablandırılmadı.

Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.

Daha ətraflı videomaterialda:

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"