
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında 2022/2023 mövsümünü heç-heçə ilə başa vurub.
Sportinfo.az xəbər verir ki, sonuncu - 38-ci turda "Beşiktaş"ın qonağı olan Konya təmsilçisi məhsuldar sülhə razılaşıb - 3:3.
Qonaqların ikinci qolunu 47-ci dəqiqədə məhz Emreli vurub.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Konyaspor" çempionatı 8-ci pillədə başa vurub. "Beşiktaş" isə 2-ci olmaq şansını əldən verərək, 78-ci xalla "Fənərbağça"dan sonra 3-cü yeri tutub.
Mahir Emreli müqavilə ilə "Dinamo"ya (Zaqreb) məxsusdur.