Ağayev final mərhələsində - AÇ-nın A və C qrupuna

5 İyun 2023 20:00 Bizimkilər 836
Ağayev final mərhələsində - AÇ-nın A və C qrupuna

FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti