Millimizin müdafiəçisi sarı vərəqə gördü, uduzdular

5 İyun 2023 02:30 Bizimkilər 468
Millimizin müdafiəçisi sarı vərəqə gördü, uduzdular

Cənubi Koreya çempionatında 16-cı turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "İnçeon Yunayted"lə qarşılaşıb.

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

16 turdan sonra 22 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti