Azərbaycanlı milyarderin klubu Premyer Liqanı tərk etdi

4 İyun 22:20 Bizimkilər 844
Azərbaycanlı milyarderin klubu Premyer Liqanı tərk etdi

Rusiya Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu - 30-cu turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Nijni Novqorod"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlya Sadıqov bu görüşün iştirakçısı olunlar. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Ayaz Quliyev isə cəzalı durumda olduğu üçün matçda iştirak etməyib.

18 xal toplayan "Ximki" 16 komanda arasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və elitanı tərk edib.

Moskva təmsilçisinin sahibinin azərbaycanlı iş adamı, milyarder Tayfun Sadıqov olmasını da xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu