Millimizin legioneri olduğu ölkədə klubunu dəyişəcək?

9 İyun 2023 02:30 Bizimkilər 1 201
Millimizin legioneri olduğu ölkədə klubunu dəyişəcək?

Azərbaycan milli komandasının və "Eyndhoven"in üzvü Ozancan Kökçünün övladı dünyaya gəlib.

Sportinfo.az xəbər verir ki,sportal.az-a verilən məlumata görə, Kökçü qarşıdakı bir neçə həftəni övladı ilə keçirmək niyyətindədir.

Ailəsi ilə zaman keçirdikdən sonra isə o, gələn təklifləri gözdən keçirəcək. Millimizin üzvünün yeni mövsümə hansı klubda başlayacağı hələ ki, dəqiq deyil.

Çünki "Eyndhoven"in futbolçusu digər klubların da transfer siyahısındadır.

Bir neçə gündən sonra Kökçü yeni mövsümlə bağlı qərarını verərək, 2023/2024 sezonuna harada başlayacağını qətiləşdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti