Azərbaycan millisinin forvardı İngiltərə klubunun düşərgəsində - FOTO

5 İyul 2022 11:40 Bizimkilər 1 429
Azərbaycan millisinin forvardı İngiltərə klubunun düşərgəsində - FOTO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Vulverhempton"un düşərgəsinə qoşulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubunun rəsmi instaqram səhifəsində 23 yaşlı forvardın videosu paylaşılıb. O, yeni mövsümün hazırlığında iştirak edir.

Renat Dadaşov "Vulverhempton"a 2019-cu ilin yayında transfer olunub. Millimizin üzvünün "canavarlar"la müqaviləsi 2023-cü ilin yayına kimidir.

Forvard son mövsümü icarə əsasında "Tondela"da keçirib. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 37 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR