Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandı.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğratdı - 1:0.
Yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurdu. Bununla da Azərbaycan yığması tarixində ilk dəfə qitə çempionu oldu.
Komandamızın qələbə sevincini özündə əks etdirən yeni görüntülər yayılıb.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:
SPORTİNFO.AZ

