Azərbaycan millisinə namizəd futbolçu Ermənistanda ŞOU GÖSTƏRDİ - VİDEO

16 İyun 2022 23:40 Bizimkilər 4 685
Azərbaycan millisinə namizəd futbolçu Ermənistanda ŞOU GÖSTƏRDİ - VİDEO

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna U-21 millisi ermənistanlı həmyaşıdlarının qonağı olub.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İrəvanda keçirilən qarşılaşmaya damğanı isə azərbaycanlı futbolçu Eldar Quliyev vurub.

Belə ki, 20 yaşlı cinah yarımmüdafiəçisi 50-ci dəqiqədə hesabı açıb. 18 dəqiqə sonra isə ikinci qolun pasını edib.

Bu, həmyerlimizin Ukrayna millisinin start heyətində meydana çıxdığı ilk qarşılaşma olub.

Onun debutu isə təxminən 10 gün əvvəl Farer adalarına qarşı görüşün 81-ci dəqiqəsində meydana çıxmaqla reallaşıb.

Hazırda Ukrayna Premyer Liqa təmsilçisi "Minay"a məxsus olan Eldar Quliyev uzun müddətdir Azərbaycan millisinə namizəd futbolçular arasında yer alırdı.

AFFA rəsmiləri onu dəfələrlə yığma komandaya cəlb etməyə səy göstərib. Görünür, Eldarın könlündən doğulduğu ölkənin millisində oynamaq keçirmiş.

Yığmamıza gəlmədiyi üçün üzülmək olar, amma Ermənistanla oyunda göstərdiyi performansa, sadəcə, alqış düşür.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!