Mahirin ÇL-də oynaya bilməsi üçün 4 yeni TRANSFER İSTƏDİ

9 İyun 2022 17:00 Bizimkilər 1 883
Mahirin ÇL-də oynaya bilməsi üçün 4 yeni TRANSFER İSTƏDİ

Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo”ya (Zaqreb) yeni mövsüm kimin rəhbərlik edəcəyi aydınlaşıb.

Zaqrebli rəhbərlik Ante Caçiçlə yola davam etmək qərarı verib.

Onunla 1 illik müqavilə imzalanıb. Əgər tərəflər razılaşarsa, sonradan müqavilə müddətini uzada biləcək.

Mövsümün sonuna yaxın təyinat alan mütəxəssis komandaya çempionluq qazandırıb. Indi isə onun qarşısında daha bir mühüm vəzifə dayanır.

Caçiç “Dinamo”nu Çempionlar Liqasının qrup mərhələsinə daşımalıdır. Tanınmış yerli çalışdırıcı bu tapşırığı yerinə yetirməsi üçün 4 yeni transfer istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM