Ağayev Yunanıstan çempionatının final oyununa təyinat aldı

9 İyun 2022 11:40 Bizimkilər 1 043
Ağayev Yunanıstan çempionatının final oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 35 yaşlı ədalət təmsilçisi çempionatda qalmaq uğrunda "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Matç iyunun 11-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM