Millimizin qapıçısı “O, gəldi” mesajı ilə qarşılandı

8 İyun 2022 16:40 Bizimkilər 916
Millimizin qapıçısı “O, gəldi” mesajı ilə qarşılandı

Azərbaycan millisi UEFA Millətlər Liqasının ilk turunda Qazaxıstanın qonağı oldu.

Canni de Byazinin komandası matçdan 1 gün əvvəl “Astana Arena”da matçöncəsi son məşqinə çıxıb.

Bu zaman yığmamızın qapıçısı Emil Balayev kifayət qədər yaxşı tanındığı və sevildiyi ölkədə rəğbətlə qarşılanıb.

Stadiona təşrif buyuran media nümayəndələri rəqib futbolçu olmasına baxmayaraq, azərbaycanlı qolkiperə isti yanaşıb, onunla söhbət edib.

İdman fotoqrafı olan Damir Ardakulu Emilin məşqdən bir neçə şəklini çəkərək, şəxsi “instagram” hesabında yerləşdirib. Altına isə “Balayev gəldi” sözlərini yazıb.

Emil Balayev 2019-cu ildə yerli “Tobol”da 36 oyunda forma geyinib.

Bu ilin martında yenidən bu ölkəyə qayıdaraq, “Turan Turkistan”la müqavilə bağlayıb. Geridə qalan müddətdə yalnız 1 çempionat görüşündə forma geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!