Millimizin qolkiperinə Super Liqadan TƏKLİF VAR

6 İyun 2022 23:20 Bizimkilər 2 800
Millimizin qolkiperinə Super Liqadan TƏKLİF VAR

Azərbaycanlı futbolçu Sahib Həsənov Türkiyə Super Liqasında çıxış edə bilər.

"Şamaxı"nın qolkiperinə Türkiyənin "Qazientep" komandasından təklif gəlib.

17 yaşlı qapıçı Azərbaycanın U-18 və U-19 millilərinin üzvüdür.

Əgər razılıq əldə olunsa, növbəti mövsüm onu Super Liqa təmsilçisinin heyətində görə bilərik.

"Qazientep" klubu başa çatan mövsümü Super Liqada 15-ci pillədə başa vurduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM