O, azərbaycanlıdır - İsveçin ən istedadlı 100 futbolçusundan biri

5 İyun 2022 09:20 Bizimkilər 1 754
O, azərbaycanlıdır - İsveçin ən istedadlı 100 futbolçusundan biri

Karyerasını İsveçin "Savedalens" klubunda davam etdirən Ayxan Cabbarov yerli mətbuatın diqqətini cəlb edə bilir.

Sportinfo.az xəbər verir ki, bu yaxınlarda “Hakken” və “Beerşot”dan təklif alan, hər iki klubun düşərgəsində olan yarımmüdafiəçinin performansı isveçli həmkarlarımızın da diqqətindən yayınmayıb.

Belə ki, bu ölkənin ən tirajlı qəzetlərindən olan "Aftonbladet" Cabbarov barədə yazıb.

"İsveçin ən istedadlı 100 futbolçusu" adı altında dərc edilən yazıda isveçli həmkarlarımız həmyerlimiz haqda bunları yazıb:

"Ayxan İsveçin "Göteborq" akademiyasının yetirməsidi. Sol kənar hücumçusu mövqeyində oynayır. Sürəti və texnikası əladı, güclü, dəqiq zərbələri var.

Meydanı isə çox yaxşı görür, dəqiq ötürmələr edir. Bir neçə klubun maraq dairəsindədi. Azərbaycan millisində oynayıb".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!