Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Oyun iyunun 6-da keçiriləcək.

