“Neftçi” ilə “Qarabağ” Türkiyənin ən böyük klubları ilə mübarizə apara bilər”

3 İyun 2022 21:20 Bizimkilər 2 048
“Neftçi” ilə “Qarabağ” Türkiyənin ən böyük klubları ilə mübarizə apara bilər”

“Türkiyə və Azərbaycan çempionatları arasında çox böyük fərq var”.

Uzun illər qardaş ölkədə top qovmuş, başa çatan mövsümü “Neftçi”də keçirmiş Tyaqo Bezerra Sportinfo.az-a açıqlamasında Premyer Liqa ilə Super Liqanı müqayisə edib.

Braziliyalı hücumçunun fikrincə, Türkiyə çemionatı bütün komponentlərdə Azərbaycan birinciliyini üstələyir. Lakin bu o demək deyil ki, komandalarımız Super Liqada mübarizə apara bilməz.

Bezerra “Qarabağ”la “Neftçi”nin hətta Türkiyə “divlər”i ilə medallar uğrunda yarışa biləcəyini deyib:

“Türkiyədəki komanda sayı, azarkeş dəstəyi, futbolun keyfiyyəti, futbolçuların adı – saymaqla qurtarmayacaq qədər üstünlükləri var.

“Qarabağ”la “Neftçi” rahatlıqla oynayıb, rəqiblərə başağrısı ola bilərlər. “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor”u çıxsaq, qalanlarının səviyyəsi aşağı-yuxarı bir-birinə yaxındır.

“Neftçi”ylə “Qarabağ” hətta “dördlər”lə də mübarizə apara bilər. Az öncəki sözlərim çempionatın və futbolun ümumi səviyyəsi ilə bağlıdır. Ayrı-ayrı komandaları nəzərdə tutmurdum”.

Tyaqo Bezerra Türkiyədə “Altay”, “Karşıyaka”, “Adanaspor”, “Adana Demirspor” kimi komandaların heyətində 184 oyunda 67 qol vurub. O, “Neftçi”də 25 qarşılaşmada 10 dəfə fərqlənib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!