Rusiya millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Səmədov "Fakel"də baş seleksiyaçı funksiyasını yerinə yetirəcək.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb.
38 yaşlı mütəxəssis klubun idman direktoru Kirill Kotovun rəhbərliyi altında çalışacaq.
Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib. O, son olaraq "Lokomotiv"də baş seleksiyaçı olub.

