"Açığı, Azərbaycan millisində çıxış etmək istərdim, amma artıq gecdir"

1 İyun 2022 23:20 Bizimkilər 702
"Açığı, Azərbaycan millisində çıxış etmək istərdim, amma artıq gecdir"

"Açığı, Azərbaycan millisində çıxış etmək istərdim. Amma artıq gecdir".

Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində Gürcüstan yığmasına Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında 48 kq çəki dərəcəsində qızıl medal qazandırmış əslən azərbaycanlı boksçu Sahil Allahverdiyev deyib.

Allahverdiyev bildirib ki, təklif olsaydı, Azərbaycanı təmsil edə bilərdi:

"Bu, mənim şəxsi fikrimdir. İndiyədək belə bir təklif olmayıb. Olsaydı, bəlkə də Azərbaycanda millisində çıxış edərdim".

23 yaşlı idmançı artıq 7 ildir Gürcüstan millisində yer aldığını xatırladaraq, bundan sonra Azərbaycandan gələcək təklifə "yox" deyəcəyini diqqətə çatdırıb:

"Qəbul etsəm, iki il Avropa və dünya çempionatı kimi beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəyəm.

Onu da qeyd edim ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında ilk dəfə belə hadisə olur və bu, Gürcüstan boksunda tarixi nailiyyətdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!