Azərbaycan klubunun daha bir yetirməsi İtaliyada

1 İyun 2022 20:00 Bizimkilər 1 514
Azərbaycan klubunun daha bir yetirməsi İtaliyada

EFA-nın (European Football Academy) yetirməsi Elcan Mustafayev bu ay “Peruca”ya yollanacaq.

Daha əvvəl Toğrul Haqverdiyev, Aydın Ələsgərli, Nicat Quliyev, Firudin Kişiyev, Cavid Əfəndiyev və Cavad Qurbanzadənin baxışa yollanacağını xəbər vermişdik.

EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.

Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.

25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliya klubunda çıxış edə biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM