Ataları şəhid olandan sonra dünyaya gəldilər… “Sonbeşiklər” - VİDEO

1 İyun 2022 12:30 Bizimkilər 785
Ataları şəhid olandan sonra dünyaya gəldilər… “Sonbeşiklər” - VİDEO

Onlar bu dünyaya ataları şəhid olandan sonra gəliblər. Əksəriyyətinə də atalarının daşıdığı əzəmətli adlar verilib.

Bəziləri isə onlara qoyulan adlarla zəfəri, davamiyyəti, əbədiyyəti simvolizə edir: Şuşa, Nişanə, Cənnət kimi...

Hətta atasının adını böyüdəni belə olub, Kamrana kimi...

Sportinfo.az xəbər verir ki, “qafqazinfo” məhz 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ataları Vətən müharibəsində şəhid olandan sonra dünyaya gələn uşaqlarla bağlı sənədli film hazırlayıb.

Filmdə əsas xətt bu körpələrin atasız qalmaqlarına baxmayaraq, onların öz şəcərələrinin həm genetik, həm də mənəvi davamçıları olmağıdır.

Bizə əmanət qalan azyaşlıların hər biri eyni zamanda atalarının yarım qalan arzularının yenidən çiçəklənməsi, davamıdır.

“Nar”ın dəstəyi ilə ərsəyə gələn “Sonbeşiklər” adlı filmdə atalarının şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!