"Namik Ələsgərovla bağlı əsas təkliflər bu ölkədəndir" - AÇIQLAMA

29 May 2022 23:20 Bizimkilər 1 702
"Namik Ələsgərovla bağlı əsas təkliflər bu ölkədəndir" - AÇIQLAMA

"Hələ "Bursaspor"la sənədləşmə işi davam edir".

Bunu Sportinfo.az-a açıqlamasında arxada qalan mövsümü Türkiyə təmsilçisində keçirən Namik Ələsgərovun meneceri Vaqif Heydərli dilə gətirib.

Vaqif bəy indiki durumda futbolçunun gələcəyi ilə bağlı heç nəyin məlum olmadığını bildirib:

"Hazırda Namiq milli komandadadır. Əsas təkliflər Türkiyə təmsilçilərindəndir. Orada isə klublar hələ istirahətdədir. Nə vaxt bir araya gələcəkləri, hansı baş məşqçi ilə başlayacaqları ilə bağlı suallar qalır. 15-20 gün zaman keçməlidir ki, bu məsələlər daha konkretləşmiş olsun. Yalnız ondan sonra Namiqin gələcəyi ilə bağlı danışmaq olar"

Ötən mövsümün nəticələrinə görə "Bursaspor"un aşağı liqaya düşməsi rəsmiləşdiyi üçün Namiqin bu klubdan ayrılması reallığa çevrilib.

Çünki reqlamentə görə, II Liqada əcnəbi futbolçu oynaya bilməz.

Ötən ildən "Bursaspor"da çıxış edən Namik 32 oyuna 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2023-cü ilin yayına qədər müqaviləsi var.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!