"Bursaspor"da çıxış edən millimizin üzvü Namiq Ələskərov "Bursaspor"da 2021/2022 mövsümündə ən çox meydana çıxan futbolçular sırasında yer alıb.
Sportinfo.az xəbər verir ki, o, 2 min 414 dəqiqə ilə bu göstəricidə 2-ci pillədə qərarlaşıb.
Siyahıya 2 min 948 dəqiqə ilə Burak Altıparmak başçılıq edir. Luka Tsapan 2 min 372 dəqiqə ilə 3-cüdür.
"Bursaspor" 2021/2022 mövsümündə Türkiyə 1-ci liqasında 17-ci yer tutub və 2-ci liqaya düşüb.
Klubun prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.

