EFA-nın (European Football Academy) yetirməsi Cavid Əfəndiyev gələn ay “Peruca”ya yollanacaq.
Daha əvvəl Toğrul Haqverdiyev, Aydın Ələsgərli, Nicat Quliyev və Firudin Kişiye in baxışa yollanacağını xəbər vermişdik.
EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.
Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.
25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliya klubunda çıxış edə biləcək.
SPORTİNFO.AZ

