"Belçika klubunun vədləri başqa idi, şərtlər qane etmədi, ayrıldım"

28 May 2022 03:20 Bizimkilər 853
"Belçika klubunun vədləri başqa idi, şərtlər qane etmədi, ayrıldım"

Belçikanın "Beerşot" klubuna baxışa yollanan Ayxan Cabbarov məşqçilər korpusu tərəfindən bəyənilib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, azərbaycanlı futbolçu özü isə bu klubda qalmağa müsbət yanaşmayıb.

Məsələ burasındadır ki, Belçika klubunun irəli sürdüyü şərtlər və şərait Cabbarovu razı salmayıb. Bu barədə Ayxan özü saytımıza qısa açıqlama verib:

"Razılığa gələ bilmədik. Komanda iki-üç həftə sonra başqa ölkədə təlim-məşq toplanışına başlayacaq.

Təbii ki, şərtlərimizi qəbul etsələr, yollanacam toplanışa. Doğrusu, biz gözlədiyimiz kimi olmadı. Şərtlər və şərait qane etmədi.

Danışıqlar davam edəcək. Mənə verilən vədlər tam başqa idi. Çalışdığım şirkətlə birlikdə getdik, gördük.

Məşqlərdə iştirak etdim, bəyəndilər, saxlamaq istədilər. Sadəcə vədlər onlar dediyi kimi olmadı.

Ona görə də mən və çalışdığım şirkət narazılıq bildirdik. Komandanın rəhbərliyi mənimlə görüşdü. Şərtlər məni qane etmədiyinə görə oradan ayrıldım.

Dediyim kimi, iki-üç həftə sonra başqa ölkədə toplanış keçəcəklər. Onlara bildirdim ki, birbaşa müqavilə olsa, gələcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!