"Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarahmədov legioner həyatı yaşaya bilər.
Həmyerlimizə Estoniya yüksək liqasında çıxış edən "Payde" komandasından təklif gəlib.
Hazırda futbolçunun meneceri ilə klub arasında danışıqlar davam edir. Əgər razılıq əldə olunsa, Ədilxan ilk dəfə legioner həyatı yaşamaq üçün Estoniyaya yollanacaq.
"Səbail"in yetirməsi olan 20 yaşlı oyunçu 2019-cu ildən əsas komandada çıxış edir. O, arxada qalan mövsüm 21 oyunda forma şansı qazanıb.
Həm də U21 millimizin əsas simalarından sayılan yarımmüdafiəçinin Bayıl təmsilçisi ilə müqaviləsi gələn ay başa çatır.
XANOĞLAN / SPORTİNFO.AZ

